Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib, Premyer Liqa və Əvəzedicilər Liqası ilə bağlı müxtəlif qərarlar qəbul olunub.
Arena.az həmin qərarların siyahısı ilə sizi də tanış edir:
Azərbaycan Premyer Liqası, 21-ci tur
“Kəpəz” – “Sabah” oyununun 63-cü dəqiqəsində “Sabah”ın futbolçusu İqor Noqeyra ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Sabah” buna görə 500 manat cərimə edilib.
“Neftçi” – “Şamaxı” oyununda “Şamaxı”nın 5 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 700 manat cərimə edilib.
“Turan Tovuz” – “Səbail” oyununun 45-ci dəqiqəsində “Turan Tovuz”un futbolçusu Kauan Martins rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Turan Tovuz” buna görə 1000 manat cərimə ödəyəcək. Oyunun 45+3-cü dəqiqəsində “Turan Tovuz”un məşqçisi Ruslan Abışov hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanıb. “Turan Tovuz” buna görə 1500 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib. “Turan Tovuz”un azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə Tovuz klubu 1000 manat cərimə edilib.
“Sumqayıt” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan”ın 4 futbolçusu sarı vərəqə aldığına görə Naxçıvan komandası 700 manat cərimə edilib.
“Zirə – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Zirə” klubu 800 manat cərimə edilib.
Əvəzedicilər Liqası, 21-ci tur
“Kəpəz-2” – “Sabah-2” oyununda “Sabah”da 4 nəfər sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib. “Kəpəz”in futbolçusu Qəşəm Məmmədov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə edilib. “Kəpəz-2” komandası matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə 100 manat cərimə edilib.
“Sumqayıt-2” – “Araz-Naxçıvan-2” oyununda “Araz-Naxçıvan”ın 5 futbolçusu sarı vərəqə aldığına görə Naxçıvan komandası 70 manat cərimə edilib.