Türkiyənin bir məktəbində nahar fasiləsində hazırlanan yeməklərdən yeyən 3 şagird nahardan sonra ürəkbulanma və qusma şikayəti ilə müraciət edib.
News24.az xəbər verir ki, xəbərdarlıqdan sonra məktəbə 112 Təcili Tibbi Yardım qrupu göndərilib.
Sözügedən şagird və məktəbdəki daha 40 şagird ehtiyat tədbiri olaraq təcili yardımla xəstəxanalara aparılıb.
Qeyd edək ki, şagirdlərin sağlamlıq durumlarının yaxşı olduğu öyrənilib.
Günel Məlikzadə