AZ

SOCAR-da benzin əvəzinə su vurulub? – iddia/YENİLƏNİB

Bakıda SOCAR-ın yanacaqdoldurma məntəqəsindən benzin alan vətəndaş gözlənilməz problemlə üzləşib.

Məsələ ilə bağlı “SOCAR PETROLEUM” QSC tərəfindən dərhal araşdırılma aparılmışdır. Vətəndaşın iddiası əsasında QSC-yə məxsus bütün yanacaqdoldurma stansiyalarında yoxlanış aparılmış və hər hansı texniki nasazlıq qeydə alınmamışdır.

İNFOAZ.WS xəbər verir ki, bu barədə Ajans.az-a “SOCAR PETROLEUM” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsi, şöbə rəisi Afaq Rza Məlumat verib. O, qeyd edib ki, bu xüsusda iddia edilən məsələ tamamilə əsassızdır:

“Eyni zamanda, vətəndaşın iddiası ilə bağlı “SOCAR PETROLEUM” QSC-yə heç bir şikayət daxil olmayıb. Videoda göründüyü kimi yanacağın hansı ünvanda yerləşən yanacaqdoldurma stansiyasından alındığı haqda heç bir məlumat verilmir. Bütün bunları nəzərə alaraq, sürücüləri müxtəlif sosial şəbəkə hesablarında “SOCAR PETROLEUM”un işgüzar nüfuzuna və qazandığı müsbət imicinə xələl gətirmək məqsədi ilə yayılan informasiyalara aldanmamağa çağırırıq. Əgər bu formada əsassız informasiyalar yayılmağa davam etdirilərsə, tərəfimizdən hüquqi prosedurun başladılacağını bildiririk”.

***

18:48

İNFOAZ.WS Ajans.az-a istinadən xəbər verir ki, onun iddiasına görə, avtomobilinə yanacaq doldurduqdan sonra mühərrikdə ciddi nasazlıq yaranıb. Avtomobili yoxladıqda məlum olub ki, yanacaq çənində benzin əvəzinə su var.

Vətəndaş bildirib ki, həmin məntəqədən aldığı benzindən sonra avtomobili işə düşməyib və onu servisə aparmağa məcbur olub. Servis ustalarının rəyinə görə, problem çəndəki yanacaqda su qarışığının olması ilə əlaqəlidir.

SOCAR-dan isə hələlik məsələ ilə bağlı hər hansı rəsmi açıqlama verilməyib. Biz də məsələni araşdırmaq üçün SOCAR-a rəsmi sorğu ünvanlamışıq və mövzuyla bağlı rəsmi cavabı gözləyirik.

Məsələ ilə bağlı yeni məlumat əldə etdikcə oxucularımızı məlumatlandıracağıq.

Seçilən
17
infoaz.ws

1Mənbələr