AZ

Torpaqlarımızı geri qaytarmalıyıq! - QƏVAMİ SADIQBƏYLİ YAZIR

Məlum  olduğu  kimi,  bu  günlərdə  İranda  səfərdə  olan  Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran prezidenti Məsud Pezeşkian və İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədian ilə  görüşüb.

Görüşdə  iki ölkə arasında siyasi, iqtisadi əməkdaşlıq ;  regional təhlükəsizlik məsələləri  və Şimal-Cənub Nəqliyyat Dəhlizinin əhəmiyyəti  barədə  fikir  mübadiləsi  aparılıb.

İran  Prezidenti  Məsud  Pezeşkian  Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşdə deyib:  "İran  Cənubi   Qafqaz regionunda coğrafi sərhədlərin  dəyişikliyinə  və   xarici qüvvələrin  bölgəyə  müdaxiləsinə qarşıdır".

İran  siyasi  rəhbərliyinin   mövqeyi  məlumdur. Lakin İran Azərbaycan ərazilərinin otuz  il  müddətində  Ermənistanın işğalı  altında  qalanda  susmuşdu. Tehran  o  zaman  Ermənistana  iqtisadi  cəhətdən  yardım  edir,  həm  də  siyasi  dəstək    göstərirdi. İndi  İran   rəhbərliyi   bölgədə  ərazi  dəyişikliyinin  əlahinə  olduğunu  bildirir.

Tarixdən məlumdur  ki,  1918-ci ilə qədər Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb. BÖYÜK  GÜCLƏRİN  təzyiqi  ilə  1918 - ci  ildə  Ermənistan  dövləti  yarananda  onlara (ermənilərə)  Azərbaycan  torpaqlarlndan 9 ( doqquz)  min  kvadrat  kilometr  ərazi  ayrılmışdı.

Tarixi  sənədlərdə  qeyd  olunur  ki,  "Batum  müqavilələri"nə əsasən, Ermənistan  dövləti  yaradılarkən  Ermənistan  tərəfi  Azərbaycan torpaqlarının onlara verilməsi müqabilində üzərinə bir neçə öhdəlik götürmüşdü. Bu  öhdəliklərə   əsasən,  bundan  sonra  ermənilər   Azərbaycana qarşı ərazi iddialarından imtina  edəcəkdilər.

Lakin  ermənilər məqsədlərinə  çatandan  sonra üzərilərinə götürdükləri  öhdəlikləri birtərəfli qaydada pozdular  və  Azərbaycana  qarşı  işğalçılıq siyasətini davam etdirdilər.

Sonralar  MOSKVANIN  TƏZYİQİ  İLƏ   Sovet  hakimiyyəti  tərəfindən  müxtəlif  zamanlarda  Azərbaycan  torpaqları  hissə-hissə  Ermənistana  hədiyyə  edildi. Nəticə  etibarilə  Ermənistan  SSR - nin  ərazisi  böyüyərək  29,8  min.kv. km. oldu.

Məhz  buna  görə, 1991-ci  ildə  SSRİ  dağılanda  Almatı  Sazişinə  görə  Ermənistan  ərazisi  29,8  min kv.km. göstərilmişdi.

İndi Ermənistanın  baş  naziri  Nikol  Paşin­yan  sülh danışıqlarında  tez-tez  Almatı  Sazişinə  istinad  edərək  bəyan  edir ki, Azərbaycanın  ərazisi  86,6  min  kv. Km,  Ermənistanın  ərazisi  isə  29,8 min kvadratkilometrdir. Lakin Nikol  Paşinyanın  bəyan etdiyi məlumat  əsassızdır.   Çünki  Ermənistanın 1918-1920-ci il­lərdə mövcud olmuş  dövlət  ərazisi 9 min kvadratkilometr olub.

Hesab  edirik ki,  İranın, Rusiyanın  və  digər  dövlətlərin hansı  mövqedə  olmasından  asılı  olmayaraq,  rəsmi  Bakı  öz  prinsipial  mövqeyində  qalmalıdır. Azərbaycan KOMMUNİST  rejimi  tərəfindən  ermənilərə  hədiyyə  edilmiş  torpaqların , o  cümlədən  Zəngəzurun  geri qaytarılması üçün  axıra  kimi  mübarizə aparmalıdır...

Qəvami SADIQBƏYLİ

Seçilən
1
hurriyyet.az

1Mənbələr