Ötən ilin ilk 11 ayında Azərbaycandan xaricə 120,3 min ton təzə xurma ixrac edilib.
Bu miqdarda məhsul ixracının dəyəri 86,5 milyon ABŞ dolları olub.
Əvvəlki ilin eyni dövrü ilə müqayisədə xurma ixracının miqdarı 4,4 min ton (3,5%), dəyəri isə 4,9 milyon ABŞ dolları (5,3%) azalıb. Belə ki, 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan xaricə ixrac olunan təzə xurmanın miqdarı 124,7 min ton, dəyəri isə 91,4 milyon ABŞ dolları təşkil edib.
Bəhs edilən dövrdə ən çox xurma Rusiyaya ixrac edilib. Belə ki, bu ölkəyə ixrac olunan xurmanın miqdarı 104 min ton təşkil edib ki, onun da ixrac dəyəri 73,7 milyon ABŞ dollarına bərabər olub.