Manset.az xəbər verir ki,2017-ci ildən fəaliyyət göstərən "Everest"də hər həftənin ikinci günü intellektual oyunlar təşkil olunur. Yarışlar istənilən yaş kateqoriyasından olan iştirakçılar üçün açıqdır. Oyunlara həm fərdi şəkildə, həm də şirkətlərin korporativ komandaları olaraq qatılmaq olar. Yarışlarda iştirak komanda ruhunu gücləndirməyə və əməkdaşlar arasında intellektual rəqabətə imkan yaradır. "Everest"də hər həftə 40-dan çox komanda iştirak edir. İlk 3 yeri tutan komanda müxtəlif hədiyyələrlə mükafatlandırılır.
Qeyd edək ki, "Azərlotereya" ASC artıq 3 mövsümdür ki, Peşəkar İntellekt Liqasının da sponsorudur. Şirkət gələcəkdə də intellektual oyunların inkişafına yönəldilmiş fəaliyyətini davam etdirəcək.