AZ

Xaçmazda növbəti vətəndaş qəbulu keçirilib (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulukeçirilib.

Trendxəbər verir ki, bu barədə Xaçmaz Rayon İcra Hakimiyyətindən məlumatyayıb.

Bildirilib ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı ElnurRzayev idarə, müəssisə və təşkilatların rəhbərləri eləcədə yerliicra nümayəndənlərinin iştirakı ilə rayon sakinlərinin fərdiqaydada müraciət və təkliflərini dinləyib.

Qəbulda əvvəlcədən müraciət edən sakinlər iştirak edib.Müraciətlər məşğulluq, səhiyyə, su, qaz və digər sahələri əhatəedib.

Səsləndirilən müraciətlərin bəziləri yerindəcə öz həllini tapıb.Araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlarayönləndirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev vətəndaşlarınşikayət və təklifləri ilə bağlı qəbulda iştirak edən məsulşəxslərlə müzakirələr aparıb və qaldırılan məsələlərin nəzarətəgötürülməsi barədə tapşırıqlar verib.

Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Məqalədə:
Seçilən
10
az.trend.az

1Mənbələr