AZ

Gürcüstan parlamenti 49 müxalif deputatın mandatını ləğv etdi


Gürcüstan parlamentinin bu gün keçirilən sessiyasında 49 müxalifətçi deputatın mandatına vaxtından əvvəl xitam verilməsi ilə bağlı qərar qəbul edilib.
Yeniavaz.com
xəbər verir ki, mandatları ləğv edilən deputatlardan 19-u “Dəyişiklik Koalisiyası”nın, 16-sı “Vahid Milli Hərəkat”ın, 14-ü isə “Güclü Gürcüstan”ın təmsilçiləridir.
Onlar özləri səlahiyyətlərinə xitam verilməsini xahiş ediblər.
Bu müxalifət qrupları 2024-cü il oktyabrın 26-da keçirilən və rəsmi nəticələri “Gürcü arzusu”nun çoxluğunu (89 mandat) göstərən parlament seçkilərini saxta hesab edirlər.
Onlar həmçinin, 11-ci parlamenti qeyri-legitim elan edir, qanunverici orqanda işləməkdən imtina edir və yeni seçkilərin keçirilməsini tələb edirlər.
Hazırda parlamentdə müxalifət partiyalarından yalnız sabiq Baş nazir Giorgi Qaxariyanın “Gürcüstan naminə” partiyasının 12 mandatı qalıb.
Bununla da 150 yerlik Gürcüstan parlamentində deputatların sayı 101 nəfər olub.
Seçilən
13
yeniavaz.com

1Mənbələr