AZ

Ağdam, Füzuli və Xocavənddə Bərpa, Tikinti və İdarəetmə Xidmətinin 5 MİLYONLUQ TENDERİ ləğv edildi

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin iri tenderlərindən biri ləğv olunub. Tribunainfo.az xəbər verir ki, bu barədə rəsmi qaynaqlarda məlumat yayılıb.

Bildirilir ki, sözügedən xidmət Ağdam rayonu Sarıcalı kəndində tikintisi nəzərdə tutulan qeyri-yaşayış binalarının tikinti-quraşdırma işlərini satın almaq istəyib. Bunun üçün 5.144.546,09 manat xərclənməsini də nəzərədə tutubmuş.

Lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasını əsas tutaraq, tenderin nəticəsini ləğv edib.

Bundan başqa, Dövlət Xidməti Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti barədə AİBNDX/SQ-621/2025 saylı qərar da qəbul edib.

Seçilən
0
tribunainfo.az

1Mənbələr