AZ

Rusiyada dələduzluqda və mənimsəmədə təqsirli bilinənlərin əmlakının müsadirəsi təklif edilir

Rusiyada dələduzluqda və mənimsəmədə təqsirli bilinən şəxslərin əmlakının müsadirə edilməsi təklif edilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu təkliflə Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin çıxış edib.

Bundan başqa, Bastrıkin Rusiyada 21 yaşdan aşağı olan şəxslərə istənilən spirtli içkilərin satışının qadağan edilməsini də təklif edib.

İstintaq Komitəsinin sədri narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə cinayət məsuliyyətinin yaş həddinin 16-dan 14-ə endirilməsini də təklif edib.

Seçilən
18
apa.az

1Mənbələr