Azərbaycan Basketbol Liqasında bu gün XIV turun digər oyunu baş tutacaq. 

Offsideplus.az xəbər verir ki, B qrupunda "Quba" Bakıda "Sumqayıt"ı qəbul edəcək. Görüş Sərhədçi İdman Mərkəzində, saat 19:00-da başlayacaq. 

Qeyd edək ki, turun A qrupu üzrə digər qarşılaşmasında "Naxçıvan" dünən "Abşeron"u məğlub edib.