Bu sözləri Demokrat.az-a açıqlamasında təhlükəsizlik eksperti Elmar Nureliyev deyib.
O bildirib ki, nasaz vəziyyətdə olan qayıq və.s ilə istənilən halda dənizə çıxmaq təhlükəsizlik baxımından yolverilməzdir:
"Bütün kiçikhəcmli gəmilər, qayıqlar qeydiyyata alınmalı, müvafiq texniki baxışdan keçməli, idarə edən şəxsin hüququ olmalıdır. Kustar üsulla düzələn, istismar müddəti bitmiş, yararsız olan qayıqla, kiçik həcmli gəmi ilə ova çıxmaq insan həyatına birbaşa təhlükə yaradır. Müvafiq qurumların əlverişsiz hava şəraiti ilə bağlı olan xəbərdarlıqlarını ciddiyə alaq, təhlükəsizlik qaydalarına riayət edək".
Əfsanə Kamal
Demokrat.az