AZ

Yeni "first lady" görün kimin nəvəsi imiş

Suriya prezidenti Əhməd Şəranın həyat yoldaşı Lətifə əl-Durubi Türkiyə prezidenti Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan ilə görüşüb. Bu tarixi görüşdə bütün dünyanın gözü Lətifə əl-Durubiyə çevrilib. 

News24.az xəbər verir ki, görüşdə Türkiyə və Suriyanın müharibədən ən çox əziyyət çəkən qadın və uşaqlar üçün birlikdə atacağı addımlar müzakirə edilib. Əl-Durubi Suriyanın bərpasında göstərdiyi dəstəyə görə Türkiyəyə minnətdarlığını bildirib.

Əminə Ərdoğan sosial media hesabında görüşlə bağlı paylaşımında bunları qeyd edib:

"Bu gün ölkəmizə rəsmi səfər edən Suriya Ərəb Respublikası Prezidentinin hörmətli xanımı Lətifə əl-Durubini qəbul etməkdən çox məmnun oldum. Biz humanitar yardım, sosial həmrəylik, qadınların güclənməsi, müharibədə ən çox əziyyət çəkən qadınların rolu, xüsusilə də müharibədə atacağımız addımlar kimi bir çox mühüm mövzuları müzakirə etmək imkanımız oldu. Bildirim ki, biz sizinləyik. İnanıram ki, sülh və sabitliyin hökm sürdüyü gələcək ümumi səyin nəticəsidir və ümid edirəm ki, bu yolda atılan hər bir addım region xalqları üçün əbədi ümid olacaqdır".

Mətbuatda “Lətifə Şara” kimi də əks olunan Lətifə əl-Durubinin Osmanlının dövlət məmurlarından Əbdülhəmid xanın həkimi Əlaəddin əl-Durubinin nəvəsi olduğu ortaya çıxıb. Jurnalist Zeynep Karataşın paylaşdığı məlumata görə, həm Əhməd Şəra, həm də həyat yoldaşı Lətifə əl-Durubinin nəsilləri Suriyada dövlət təcrübəsi olan zadəgan ailələrdəndir. Karataş Şəra və Durubi ailələrinin Osmanlı məmurları və siyasətçiləri yetişdirdiyini bildirərkən, Əhməd Şəranın humslu zadəgan bir ailənin qızı ilə evləndiyini söyləyib.

Günel Məlikzadə


Seçilən
5
news24.az

1Mənbələr