AZ

Tramp cinayətkarların başqa ölkələrə göndərilməsi ideyasını təsdiqləyib

ABŞ prezidenti Donald Tramp cinayətkarların başqa ölkələrə göndərilməsi ideyasını alqışlayıb.

Xəzərnews.az xəbər verir ki, o,bu barədə Ağ Evdə jurnalistlərə bildirib.

Trampın sözlərinə görə, ABŞ vətəndaşları arasında qatı cinayətkarlar, dəhşətli insanlar var. Qeyri-leqal miqrantlarda olduğu kimi onları başqa ölkələrə aparmaq çox düzgün olar.

Fevralın 4-də El Salvador prezidenti Nayib Bukele bildirib ki, ölkə ABŞ-dan cinayətkarları pul müqabilində qəbul etməyə hazırdır.

O, əlavə edib ki, Birləşmiş Ştatlar üçün bu ödəniş əhəmiyyətsiz, El Salvador üçün isə əhəmiyyətli olacaq.

Hüseyn
XəzərNews.az


Xəbər 104 dəfə oxunub.
Seçilən
4
xezernews.az

1Mənbələr