Ermənistanda atışma – Ölənlər və yaralananlar var
Ermənistanın İrəvan şəhəri yaxınlığındakı Armavir rayonunun Merdzavan kəndində atışma baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə nəticəsində ölənlər və yaralananlar var.
Ölənlərin və yaralananların kimliyi açıqlanmayıb.
Mətbuatın yazdığına görə, qanlı qarşıdurmada Merdzavan kəndinin icra nümayəndəsi də iştirak edib.