AZ

ABL: "Sumqayıt" "Quba"ya qarşı

Azərbaycan Basketbol Liqasında XIV tur davam edir.

Fanat.Az xəbər verir ki, ikinci oyun günündə bir matç baş tutacaq.

Yeganə qarşılaşma “Sərhədçi” İdman Mərkəzində keçiriləcək. B qrupunun görüşündə “Quba” “Sumqayıt”ı qəbul edəcək. Oyun saat 19:00-da başlayacaq. 

"Sumqayıt" hazırda qrupda 18 xalla dördüncüdür. Sonuncu - 6-cı pillədə olan "Quba"nın 16 xalı var.

Qeyd edək ki, XIV turun dünən keçirilən "Abşeron" - "Naxçıvan" matçı ikincilərin 76:70 hesablı qələbəsi ilə yekunlaşıb.

Tura fevralın 8-də yekun vurulacaq.

Seçilən
3
25
fanat.az

10Mənbələr