"Santos" "Roma"nın yarımmüdafiəçisi Leandro Paredesi transfer etməyə çalışır.
Fanat.Az xəbər verir ki, məlumatı UOL yayıb.
Mənbənin məlumatına görə, Braziliya nəhəngi 30 yaşlı argentinalı futbolçunu "Santos"un yeni ulduzu Neymarın istəyi ilə heyətinə qatmaq istəyir.
Neymarla Paredes PSJ-də oynayarkən dost olublar.
Paredes bu mövsüm A Seriyasında 13 oyun keçirib. O, bu görüşlərdə 1 qol vurub və 1 məhsuldar ötürmə eib. Onun hazırki bazar dəyəri 5 milyon avrodur.
Mirağa