AZ

Yağış yağacaq, duman olacaq

Fevralın 6-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən Senzor.az-a verilən məlumata görə, günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var.

 

Arabir güclənən şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 3-5°, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət 70-80 % təşkil edəcək.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə isə intensivləşəcəyi ehtimalı var, arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək.

 

Havanın temperaturu gecə 0-4°, gündüz 5-9° isti, dağlarda gecə 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 9-14° şaxta, gündüz 0-5° şaxta olacaq.

Seçilən
5
49
senzor.az

10Mənbələr