AZ

XAŞ kimə aiddir?

Bu gün sosial mediada ermənilər yeni bir iddia ortaya atıblar. Guya Qafqaz xalqlarında orta əsrlərdən etibarən məşhur olan XAŞ onların mətbəxinə aiddir. Ermənilərin saxta iddialarına inansaq İsa Peyğəmbər də ata tərəfdən erməni, ana tərəfdən yəhudidir. Hər zaman tarixi, mədəniyyəti və mətbəxi olmayan kiçik xalqlar böyük xalqlardan oğurluq edirlər və onları özününküləşdirirlər. Böyük xalq isə mərhəmətli davranır, onların vaxtında cavabını vermir.

Keçək XAŞ-ın “erməni” tarixinə.

 

Ermənilərin iddiasına görə Xaş erməni və gürcü mətbəxinin elementlərini təqdim etməklə ölkəsinin mətbəxini daha rəngarəng etmək qərarına gələn I Şah Abbasın dövründə icad edilib. Başqa bir versiyaya görə, xaş Səfəvilər sülaləsi dövründə hazırlanırdı və I Şah Abbas yalnız bu yeməyi məşhurlaşdırıb. Guya Şah Abbasa XAŞ-ı bişirən “erməni aşpaz” olub.

Elə XAŞ sözünün lingivstik anlayışna baxaq – Xaş sözü oğuz türkcəsində olan xaşlamaq (bişirmək, yeməyi qaynatmaq) feilindən gəlir. Türkiyə türkcəsində bu söz haşlama, Azərbaycan türkcəsində xaşlama, başqırd türkcəsində bişkən (bişirilgən), qazax türkcəsində pişirilgen (pişken) et, qırğız türkcəsində bışkan et, kaynatkan et, özbək türkcəsində dimləmə, tatar türkcəsində pişkən (pişirilgən), türkmən türkcəsində qaynatma, uyğur türkcəsində pişirilgən qoş şəkillərində işlənir.

Anadoludan Çin səddinə qədər bütün türk xalqlarında XAŞ, Xaşlama sözü olduğu halda Hindistanın Kəlküttə ərazisindən XVII əsrdə İrana və oradan da Qafqaza köçürülən qaraçı boşa tayfası (indiki ermənilər) bu sözləri nəinki oğurlayıblar, indinin özündə də Türk sözü kimi istifadə edirlər.

 

XAŞ kasıb yeməyidir?

 

Uzun müddətdir ki, cəmiyyətdə belə bir fikir formalaşıb ki, guya XAŞ kasıb yeməyidir və varlı insanlar heyvan kəsdirəndə onun ayaq və baş hissələrini kasıblara veriblər və onlarda bundan yararlanıb XAŞ-ı kəşf ediblər. Orta əsrlərdən bu günə qədər tibb kitablarında ən güclü təsir edici dərman əvəzedicisi kimi yazılan XAŞ necə kasıb yeməyi ola bilər? Yaxud hazırlanması bir sənət əsəri olan yemək və onun içində olan indiqrentlərə kasıbın çıxışı necə ola bilərdi?

Bir həqiqət var. XAŞ pulundan və varından asılı olmayaraq bütün təbəqənin yediyi ən sağlam yeməkdir.

 

XAŞ hansı millətə aiddir?

 

Xaş, mal-qaranın əhliləşdirildiyi müddətdən bəri maldarlar və türklər tərəfindən hazırlanmış və Monqolustandan Türkiyəyə qədər Asiyada geniş yayılmış yeməkdir. Bunu Kulinariya tarixi haqqında – Antuan Kareme, Kaufman, Trakiyalı Dionysius tərəfindən qələmə alınan “Qrammatika sənəti” və digərlərinin əsərində təsdiqini tapa bilərik. Onlar bu yeməyin yaradıcıları kimi Türk xalqlarının olduğunu təsdiq edir.  Ermənilərin mənbə kimi təqdim etdiyi Poxlebkinin kitabı isə sonradan müəllifin bu səhvi düzəltmək üçün ikinci nəşrə təqdim etməsindən sonra 2000-ci il aprelin 13-də evində qətl edilmiş halda tapılır. Məhkəmə-tibbi ekspertizanın rəyinə görə başına və boğazına çoxsaylı zərbələrdən sonra ölüb. (ASALA dəsti xətti)

Türk xalqları  kəsdikləri heyvanların əti ilə yanaşı başı və ayaqlarını xüsusi sup formasında bişirmək üçün xaşlayırdılar. XAŞ adı da yeməyə bu formada verilib. Xaşlanmaqdan yaranan yemək. Bu yemək o qədər güc verirdi ki, gecə növbəsində alaçıqları qoruyan əsgərlər onu səhərə qədər qazanda bişirirdlər və səhər ailə bir yerdə bu yeməyi yeyirdilər. Ocaq başında onun bişməsini gözləyən əsgərlər bu yeməkdən sonra öz növbələrini verib tox yatırdılar.

Elə o zamandan XAŞ-ın səhər yeyilməsi adət olub.

Döyüşlər zamanı uzaq səfərə gedən əsgərlər üçün bu yeməyin xüsusi önəmi var idi. Çünki səhər obaşdan XAŞ yeyən əsgər axşama qədər döyüşdə yorulmurdu. Hətta türklər haqqında tarixi filmlər çəkən Çinlilər göstərir ki, gecə növbədə duran türk əsgərləri qazana heyvanın ayaq və başlarını doğrayıb atır və səhər yeyirdilər.

Yeganə ölkə də Azərbaycandır ki XAŞ qonaqlığı  haqqında film çəkilib. Vaqif Mustafayevin “Musiqili Xaş” dünyada bu yemək barədə yeganə film sayılır.

Seçilən
10
4
vaxt.az

5Mənbələr