AZ

Qazaxıstanda USAID-in Mərkəzi Asiyada fəaliyyətinin araşdırılması təklif olundu

Bakı.Trend:

Qazaxıstanda ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) MərkəziAsiyadakı fəaliyyətinin araşdırılması təklif olunub.

Trend xəbərverir ki, bu haqda Qazaxıstanın Azərbaycan əsilli millət vəkiliMəhərrəm Məhərrəmov təklif irəli sürüb.

“Son günlər USAID-in, ABŞ beynəlxalq inkişaf agentliyininfəaliyyətli ilə bağlı yeni-yeni şok təfərrüatlar öyrənirik. Ağ Evinrəsmi bəyanatında bildirilir ki, USAID onillər ərzində, sitat -“zərərli” layihələrin maliyyələşdirilməsi ilə məşğul olub. Rəsmişəxslər, məsələn, İlon Mask və hətta prezidenti Donald TrampUSAID-i azğın radikallar tərəfindən idarəolunan cinayətkar təşkilatadlandırıb. Ağ Evin rəsmi bəyanatlarında konkret olaraq bildirilirki, USAİD agentliyi bütün fəaliyyəti dövründə vergiödəyicilərinəqarşı hesabatlılıq baxımından şəffaf olmayıb və absurd və zərərlilayihələrə iri məbləğlərdə pullar ayırıb”,- deyə o bildirib.

Məhərrəmov xarici sponsorların ayırdığı maliyyə vəsaitləri,həmçinin onların kim tərəfindən qəbul olunduğu və hara xərcləndiyibarədə auditin keçirilməsi və hesabatların dərc olunmasına dairQazaxıstanın Ədliyyə və İqtisadiyyat nazirliklərinə göndəriləndeputat sorğusunu səsləndirib.

“Cəmiyyətdə bu istiqamətdə ciddi tələb var. Eyni zamanda hesabedirik ki, Ədliyyə Nazirliyi və ümumilikdə hökumət uşaqlarımızınbelə zərərli sponsor layihələrindən qorunmasını, onlarınpsixo-emosional, mental və fiziki təhlükəsizliyinin təminedilməsini nəzərdə tutan qanun layihəsi hazırlamalıdır”, - deyədeputat əlavə edib.

Qeyd edək ki, USAID-in rəsmi səhifəsi hal-hazırda fəaliyyətgöstərmir. Tramp administrasiyası USAID-in müstəqil statusunun ləğvedilməsi və onun Dövlət Departamentinin strukturunainteqrasiyasının mümkünlüyünü nəzərdən keçirir. Bu addımgerçəkləşsə beynəlxalq yardımla bağlı proqramların idarəolunmasındaagentliyin muxtariyyətini azaltmış olacaq.

Məqalədə:
Seçilən
54
4
az.trend.az

5Mənbələr