Tehranın Azadi Stadionunda “Traktor” və “Persepolis” komandalarının oyunu zamanı güneylilərə qarşı təhqir dolu şüarlar səsləndirən iki qadın azarkeş saxlanılıb.
XəzərNews.az xəbər verir ki, bu barədə GADTB məlumat yayıb.
Məlumata görə, oyun zamanı “Persepolis” azarkeşlərinin yaratdığı münaqişədə bir neçə nəfər xəsarət alıb. Daha sonra isə İranın idman naziri Əhməd Dünyamalı tərəfindən məsələnin araşdırılması üçün iclas təşkil edilib. “Persepolis” komandasının qadın azarkeşlərinin etik olmayan hərəkətləri isə sosial mediada reaksiya ilə qarşılanıb.
Tehran prokurorluğu tərəfindən iki qadın azarkeş müəyyən edilib. Onlara qarşı cinayət işi açılıb.
Xəbər 125 dəfə oxunub.