Fevralın 5-dən Rusiyada qeyri-qanuni yaşayan əcnəbilər üçün deportasiya miqrasiya rejimi qüvvəyə minir.
XəzərNews.az xəbər verir ki,bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Departament qeyd edib ki, ölkədə qeyri-qanuni yaşayan miqrantlar deportasiya olunana, müstəqil ölkədən gedənə və ya Rusiya ərazisində hüquqi statusu tənzimlənənə qədər nəzarət edilən şəxslərin reyestrinə daxil edilməlidir.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin qeyri-qanuni miqrantların 2025-ci il aprelin 30-dək Rusiyadan çıxarılması barədə göstəriş verib . Sənədə əsasən, biometrik məlumatları təqdim etməyən, dərman və infeksiya testindən keçməyən, rus dili və tarixindən imtahan verməyən, borcunu ödəməyən şəxslər ölkəni tərk etməli olacaqlar. Daxili İşlər Nazirliyi miqrantları məhkəmə qərarı olmadan ölkədən çıxarmaq hüququnu alacaq.
Aylin
XəzərNews.az
Xəbər 153 dəfə oxunub.