AZ

ABŞ Departamenti bütün ölkələrdəki USAİD əməkdaşlarının təxliyəsinə başladı...

Image

"ABC News"un yaydığı xəbərə  görə, ABŞ Dövlət Departamenti bütün dünyada USAİD əməkdaşlarının təxliyəsi üçün işlərə başlayıb. 

Bir neçə mənbə "ABC News"a bildirib ki, departament USAID-in bütün əməkdaşlarını və onların ailə üzvlərini bu həftənin şənbə gününə qədər ABŞ-a qaytarmağı planlaşdırır.

Bundan əlavə, qeyd edilir ki, çərşənbə axşamı agentliyin yeni təyin olunmuş inzibatçı müavini Pit Marrokko Dövlət Departamentinin rəsmilərinə bildirib ki, geri çəkilmə qısa zamanda tamamlanmasa, prosesə hərbi qüvvələr cəlb olunacaq.

USAID-in keçmiş bir əməkdaşı isə Amerika mediasına müsahibəsində deyib ki, ailələri və maddi-texniki problemləri olduqda onları cinayətkarlar kimi Vaşinqtona çağırmaq qəddarlıqdır: "Bu insanların məktəbdə uşaqları var”.

TAHİR





Seçilən
24
baki-xeber.com

1Mənbələr