AZ

Trampın atdığı addımlar kollektiv Qərb koalisiyasında parçalanma yarada bilər?

ABŞ prezidentinin verdiyi açıqlamalar və imzaladığı sərəncamlar bütün dünyada xaotik proseslər yaradır...

Politoloq: “İlk öncə Tramp daxildəki təhdidlərdən xilas olmalıdır. Bu təhdidlər də qlobal maliyyə sistemləridir. Trampın aparacağı savaş da ilk öncə bu istiqamətlə olacaq”.

“Kollektiv Qərb koalisiyasında ciddi parçalanma olmasa da, bu koalisiya yeni dəyərlər qazanacaq və bu dəyərlər daha çox imperialist görüşlərlə zənginləşəcək. Bura hətta kosmik imperalizmi də əlavə etmək olar”.

Bu sözləri politoloq Əli Zülfüqaroğlu Trampın atdığı addımları Poliqon-a şərh edərkən qeyd edib

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın verdiyi açıqlamalar və imzaladığı sərəncamlar bütün dünyada xaotik proseslər yaradır və ABŞ-nin təbii müttəfiqləri Vaşinqtonun siyasətinə qarşı birləşirlər.

Bəs, Tramp adminstrasiyasının atdığı addımlar kollektiv Qərb koalisiyasında ciddi parçalanma yarada bilərmi?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Əli Zülfüqaroğlu ilə müzakirə edib.

Əli Zülfüqaroğlu: “Trampın mübarizəsinin ik öncə Qərbə yönələcəyini əminliklə söyləyə bilərik”.

Trampın Avropa İttifaqının marionet hökümətlərlə ciddi mübarizə aparacağını proqnoz edən politoloq Poliqon-a bildirib ki, böyük ehtimalla bunların da başında Fransa və Almaniya hökümətləri gələcək:

“Əslində Trampın “aparacağı savaşı” anlamaq üçün biz ABŞ liderinin indiyə qədər səsləndirdiyi bir sıra məsələlərə diqqət yetirməliyik. Tramp 2019-cu ildə BMT kürsüsündə bildirdi ki, gələcək qlobalçıların olmayacaq, gələcək milli dövlətlərin olacaq. Amma bundan sonra 2020-ci ildə pandemiya dönəmi başladı və Tramp covid dönəmini yaxşı idarə etmədi, bəhanəsi ilə ona qarşı kampaniyalar başladıldı və Tramp hakimiyyətdən getdi.

Ondan sonra hakimiyyətə gələn Bayden administrasiyası fərqli siyasət yürütdü. Yenidən prezident seçilən Tramp inaqurasiya mərasimdə də bir sıra tezislər səsləndirdi. Hesab edirəm ki, həmin tezislər əslində Trampın savaşacağı istiqamətləri müəyyən etmək üçün əsasdır. Tramp bildirdi ki, ABŞ iki cinsiyyəti - kişi və qadını tanıyacaq. Yəni Tramp bununla onu demək istəyərdi ki, LGBT kimi pozğun meyillərin sıradan çıxarılması üçün ABŞ tərəfindən bu qanuniləşdiriləcək və ciddi mübarizə aparılacaq.

Nəyə görə bu vacibdir? Çünki Avropa İttifaqı bu kimi qərarları çoxdan qəbul edib. Yəni LGBT Avropa dəyərləri sayılır. bununla bağlı Avropa İttifaqı hökumətinin faktiki başçısı Ursula fon der Leyen açıqlama verdi və bildirdi ki, onlar Avropa dəyərlərini qorumaq şərti ilə Trampla əməkdaşlıq etməyə çalışacaqlar. Avropa dəyərləri deyiləndə əslində LGBT və ona bənzər “yeni dəyələr” nəzərdə tutulur.

Əli Zülfüqaroğlu: “Tramp ilk öncə Rusiya ilə münasibətləri normallaşdırmağa çalışacaq, Çinlə isə iqtisadi mübarizəni davam etdirəcək”.

Tramp digər açıqlaması belə oldu ki, hökmləri Marsa qədər uzanacaq. Bu da Trampın apacağı savaşın açar siftəşidir. Çünki indiyə qədər dövlətlərin ciddiyə almadığı qlobalizm nəzəriyyəsi var. Bu nəzəriyyəni maliyyələşdirən və ideyanın əsas sahibləri qlobal maliyyə təchizatlarıdır.

Bu nəzəriyyənin daşıyıcıları arasında Beynəlxalq Hesablaşmalar Bankı, Birləşmiş Ştatların Mərkəzi Bakı hesab etdiyimiz, əslində müstəqil quruluşu olan və dünya maliyyə sisteminə yön verən Federal Ehtiyyat Sistemi, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu kimi təşkilatlar qüdrətli maliyyə təşkilatları daxildir.

Bildiyimiz kimi İlona Mask ən böyük kosmik şikayətlərdən birinə sahibdir. İlon Maskın Tramın əsas hakimiyyət şəriki kimi çıxış etdiyini nəzərə alarsaq, o zaman Tramın Marsla bağlı söylədiklərini də ciddiyə almaq lazımdır.

Əslində bu savaşın mahiyyəti daha çox önə çıxır. Çünki hər kəs elə başa düşür ki, Tramp Rusiya ilə, Çin ilə savaşa başlayacaq. Əslində bu yanlış düşüncədir. Hesab edirəm ki, Tramp ilk öncə Rusiya ilə münasibətləri normallaşdırmağa çalışacaq, Çinlə isə iqtisadi mübarizəni davam etdirəcək.

İlk öncə Tramp daxildəki təhdidlərdən xilas olmalıdır. Bu təhdidlər də qlobal maliyyə sistemləridir. Trampın aparacağı savaş da ilk öncə bu istiqamətlə olacaq. Bu isə onu deməyə əsas verir ki, Tramp xüsusilə ilə Avropa İttifaqında marionet hökümətlərlə ciddi mübarizə aparacaq. Böyük ehtimalla demək olar ki, bunların da başında Fransa və Almaniya hökümətləri gələcək.

Bunlara nəzər yetirsək, Trampın mübarizəsinin ik öncə Qərbdən başlayacağını əminliklə söyləyə bilərik və qeyd edim ki, kollektiv Qərb koalisiyasında ciddi parçalanma olmasa da, bu koalisiya yeni dəyərlər qazanacaq və bu dəyərlər daha çox imperialist görüşlərlə zənginləşəcək. Bura hətta kosmik imperalizmi də əlavə etmək olar”.

Nərminə UMUDLU
Poliqon.info

Seçilən
2
1
poliqon.info

2Mənbələr