AZ

Qazaxıstan xarici turistlərin təhlükəsizliyini təmin etmək üçün onlara QR kod kartları verməyə başlayır

Qazaxıstan xarici turistlərin təhlükəsizliyini təmin etmək üçün onlara QR kod kartları verməyə başlayır.

AZƏRTAC xəbər verir ki, bu barədə “Kazinform” xəbər agentliyi olan məlumat paylaşıb. Bildirilib ki, bundan sonra hər bir xarici turist QR kod kartını ölkəyə daxil olarkən sərhəd-nəzarət məntəqəsindən ala bilər.

Artıq Astana Beynəlxalq Hava Limanında xarici qonaqlara ilk QR kod kartları verilib.

Sistemin işə salınması turistlərin qorunmasını, onların təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.

Seçilən
1
1
xalqqazeti.az

2Mənbələr