Kolumbiya prezidenti Qustavo Petro Nazirlər Şurasının iclasında bildirib ki, dövlət şirkəti "Ecopetrol" ABŞ-dakı frakinq biznesini satmalıdır...
Poliqon xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
"Bu gün mən gördüm ki, "Ecopetrol" 2026-cı ilə qədər frakinq əməliyyatlarını dəstəkləyəcək", dövlət başçısı bildirib.
Onun sözlərinə görə, Kolumbiya hakimiyyəti təbiəti məhv edən və bəşəriyyəti təhdid edən frakinqin əleyhinədir. Siyasətçi biznesin satılmasını və əldə edilən gəlirin Kolumbiyada təmiz enerjiyə yatırılmasını tələb edib.
"Bunu texniki və iqtisadi baxımdan müzakirə etmək lazımdır", deyə o əlavə edib.
Bir gün əvvəl "Ecopetrol" elan edib ki, şirkət "Occidental Petroleum" ilə ABŞ-ın Texas ştatında 880 milyon dollarlıq yeni investisiyaları və 91 hasilat quyusunun qazılmasını nəzərdə tutan yataqların işlənməsi üzrə birgə layihəni bərpa edir. Müqavilə iştirakçı şirkətlərin gələn ilin ortalarına, Kolumbiyada prezident seçkilərinin keçiriləcəyi vaxta qədər birgə işləməsini nəzərdə tutur.
Poliqon.info