Çin ordusu 2024-cü ildə güclü mikrodalğalı silahı uğurla sınaqdan keçirdiklərini bildirib. Çinin qərbindəki yeddi cihaz daha güclü bir şüa yaratmaq üçün birləşən güclü mikrodalğalı şüaları ötürüb.
Herbiand.az bildirir ki, Çin alimləri mikrodalğalı şüaları ötürən cihazları elə dəqiqliklə yerləşdirməyi bacarıblar ki, şüalar cəmi bir neçə millimetr xəta ilə bir nöqtədə birləşib.
Çin şüası planetləri məhv etmək üçün nəzərdə tutulmayıb, lakin kosmosla bağlıdır. Onun prioritet hədəfi Yer orbitindəki kosmik gəmidir. Artıq Çinin arsenalında peyk əleyhinə raketlər var. Bununla belə, raketlərin dəyəri əhəmiyyətlidir və onların buraxılışlarını aşkar etmək və izləmək asandır. Güclü bir mikrodalğalı şüa bu cür mənfi cəhətlərdən azaddır. Üstəlik, ötürücü qurğulardan biri sıradan çıxsa belə, qalan qurğular tərəfindən super şüa əmələ gələ bilər. Şüa kosmik obyektləri vurmur, amma elektronikanı yandıraraq peyki yararsız dəmir parçasına çevirir.
Bəxtiyar CƏFƏRLİ