AZ

BOKT-ların mənfəəti və vergi ödənişi 2 dəfədən çox artıb

Bakı. Trend:

Ötən ilin sonuna olan məlumata görə, Azərbaycanda fəaliyyətgöstərən bank olmayan kredit təşkilatlarının (BOKT) ödədiyi mənfəətvergisinin həcmi 41,6 milyon manat olub.

Trend bubarədə Mərkəzi Bankdan məlumat əldə edib.

Məlumata görə, bu göstərici əvvəlki ilin sonu ilə müqayisədə24,2 milyon manat və ya 2,4 dəfə artıb. Belə ki, 2023-cü ilinsonunda Azərbaycandakı BOKT-ların ödədiyi mənfəət vergisinin həcmi17,4 milyon manat olub.

Bununla yanaşı, ötən ilin sonunda BOKT-ların xalismənfəətlərinin həcmi 157,1 milyon manat təşkil edib. Bu, əvvəlkiillə müqayisədə 81,3 milyon manat, yaxud da 2,1 dəfə çoxdur.2023-cü ilin sonunda BOKT-ların xalis mənfəətlərinin həcmi 75,8milyon manat idi.

Qeyd edək ki, bank olmayan kredit təşkilatı xüsusi lisenziyaəsasında kreditlərin verilməsi və “Bank olmayan kredit təşkilatlarıhaqqında” Azərbaycan Respublikasının Qanunu nəzərdə tutulmuş digərfəaliyyət növlərini həyata keçirən ixtisaslaşmış kredittəşkilatıdır. Hazırda Azərbaycanda 57 bank olmayan kredit təşkilatıfəaliyyət göstərir.

Seçilən
2
az.trend.az

1Mənbələr