AZ

Azərbaycan Ukraynaya 1 milyon dollarlıq elektrik avadanlığı verəcək

Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1  milyon ABŞ dolları ayrılıb.

2023-cü ilin yayında dövlət başçısı  Ukraynaya elektrik avadanlıqlarının tədarükü üçün 7,6 milyon dollar ayırmışdı.

Ümumilikdə, Rusiyanın hücumundan sonra Azərbaycan Ukraynaya 33 milyon ABŞ dolları məbləğində humanitar yardım göstərib.

Seçilən
6
turan.az

1Mənbələr