AZ

AzMİU-da Məzunlar Assosiasiyasının təsis yığıncağı keçiriləcək

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) MəzunlarAssosiasiyasını yaradır. Bu məqsədlə fevralın 21-də universitetdətəsis yığıncağı keçiriləcək. Yığıncaq AzMİU-nun 50 illik yubileyiərəfəsində məzunlarla keçirilmiş görüşün davamı olaraq təşkilediləcək.

AzMİU məzunlarını Məzunlar Assosiasiyasının əsasnaməsi ilə tanışolmağa, assosiasiyaya könüllü üzv olmağa, təsis yığıncağındaiştirak etməyə dəvət edir. Bu təşəbbüsün bir parçası olacaq AzMİUməzunlarının öz aralarındakı əlaqələri gücləndirməsi, universitetingələcək inkişafına töhfə verməsi gözlənilir.

Məzunlar Assosiasiyasının yaradılmasının əsas məqsədi məzunlarınuniversitetlə əlaqələrini möhkəmləndirmək və onları vahid şəbəkədəbirləşdirərək universitetin inkişafına dəstək verməkdir.Assosiasiya məzunlar arasında əməkdaşlıq və təcrübə mübadiləsinitəşviq edərək universitetin məzunları ilə daimi əlaqələr quracaq,onların fəaliyyətini dəstəkləyəcək.

AzMİU-nun beynəlxalq nüfuzunun artırılması və yeni tələbələrincəlb edilməsi Assosiasiyanın əsas hədəfləri arasında yer alacaq.Universitetin akademik və sosial inkişafında fəal iştirak etməklə,gələcəkdə universitetin uğurlarına müsbət təsir göstərəcək.

Qeyd edək ki, ötən ilin dekabr ayında məzunlarla keçirilən görüşuniversitetin tarixində əlamətdar hadisə kimi yadda qalıb. Görüşəmüxtəlif illərdə AzMİU-nu bitirən 250-dən çox məzun qatılıb,Onların arasında ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayannüfuzlu şəxslər, o cümlədən AzMİU-nun fəxri məzunları da yer alıb.Görüşdə AzMİU Məzunlar Assosiasiyasının yaradılması ideyası müsbətqarşılanıb və məzunların təşəbbüsü ilə Təşkilat Komitəsinin üzvləriseçilib. Təsis yığıncağına qədər görüləcək işlərlə bağlı təkliflərsəsləndirilib və qərarlar qəbul edilib.

Məqalədə:
Seçilən
19
2
az.trend.az

3Mənbələr