Rusiyada yerli istehsalın olduğu hallarda müəssisələrin xarici avadanlıq almasına qadağa qoyulması gündəmdədir.
"Cebheinfo.az"-nun “İnterfaks” agentliyinə istnadən verdiyi məlumata görə, bu təkliflə Baş nazirin müavini Denis Manturov çıxış edib.
Manturov xatırladıb ki, ölkədə “İstehsalat alətləri və avtomatlaşdırma” milli layihəsinə start verilib və bu çərçivədə dəzgah sənayesinin inkişafı üzrə federal layihə də həyata keçirilir.
Onun sözlərinə görə, bu milli layihəyə 2025-ci il üçün 52 milyard rubl maliyyə vəsaiti ayrılıb və hazırda ən vacibi müqavilələrin tez bir zamanda bağlanmasıdır.
Səlahiyyətlilər vurğulayırlar ki, dövlət qurum və müəssisələri texniki şərtləri əvvəlcədən hazırlamalı, müqavilələrin texniki izlənilməsini təmin etməli, satınalmalarda yerli texnikaya ciddi üstünlük verməlidir.
“Təəssüf ki, bazarda yerli ekvivalentləri olmasına baxmayaraq, insanların xaricdən gətirilən avadanlıqları alması ilə bağlı hələ də çoxlu nümunələr var”, - deyən Manturov Rusiya sənayesini gücləndirmək üçün bu cür idxalın qarşısını almaq lazım olduğunu bildirib.