AZ

Bakıda ödənişli parklanma ərazisində soyğunçuluğa CƏHD - ANBAAN VİDEO

Fevralın 3-də Bakı Əyləncə Mərkəzinin yanında yerləşən ödənişli parklanma ərazisində naməlum şəxs avtomobillərin qapısının açıq olub-olmamasını yoxlayıb.

Bu barədə Oxu.Az-a sakinlər məlumat verib.

Bildirilib ki, sözügedən hadisə axşam saat 22:00-da baş verib və "Tesla" markalı avtomobilin özünü müdafiə sistemi tərəfindən kənardan müdaxilə zamanı işə düşərək daxili kameraları vasitəsilə qeydə alınıb.

Sakinlərin sözlərinə görə, bu yanaşma soyğunçuluğa cəhddir:

"Ərazidə çox sayda avtomobil dayanır, təhlükəsizlik kameraları və nəzarətçilərin olmasına baxmayaraq şəxsin bu cəhdi biz vətəndaşları ciddi narahat etdi. Bunu ərazidəki nəzarətçilərə bildirsək də, sadəcə şəxsi tanımadıqlarını vurğuladılar", - onlar qeyd edib.

Hadisənin görüntülərini təqdim edirik:

Sözügedən məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov Oxu.Az-a açıqlamasında qeyd edib ki, görüntülərlə bağlı araşdırma aparılır.

"Polis əməkdaşları tərəfindən həmin şəxsin müəyyən olunaraq saxlanılması istiqamətində tədbirlər davam etdirilir".

Mənbə: oxu.az

Seçilən
10
2
oxu.az

3Mənbələr