AZ

USAID bütün dünyada işçilərini inzibati məzuniyyətə göndərəcək

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) fevralın 7-də bütün dünyada birbaşa işə götürülmüş işçiləri inzibati məzuniyyətə çıxaracaq.

 

Oxu24.com xəbər verir  ki, bu barədə CNN məlumat yayıb.

 

USAİD ölkə hüdudlarından kənarda ezam olunmuş bütün personalın 30 gün ərzində Birləşmiş Ştatlara geri dönüş səyahətini təşkil etmək və ödəmək niyyətində olduğunu açıqlayıb. Qeyd olunur ki, “kritik vəzifələr, əsas rəhbərlik və xüsusi təyinatlı proqramlar” üçün məsul kadrlar yerində qalacaq.

Fevralın 3-də ABŞ lideri Donald Trampın administrasiyası Ukraynaya yardım göstərən USAİD-in Vaşinqtondakı qərargahını bağlayıb. Bundan əlavə, amerikalı milyarder və Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri Elon Musk, USAID-in milyonlarla insanın ölümünə səbəb olan COVID-19 da daxil olmaqla biosilahlar üzrə tədqiqatları maliyyələşdirdiyini bildirdi. O, həmçinin agentliyi cinayət təşkilatı adlandırdı və USAID-in “Amerikaya nifrət edən radikal solçu marksistlərin gürzə yuvası” olduğunu irəli sürdü.

Seçilən
15
oxu24.com

1Mənbələr