Rusiya ABŞ prezidenti Donald Trampın Ukraynanın NATO-ya daxil olmasının səhv olacağı ilə bağlı sözlərini alqışlayır.
Publika.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada xarici ölkələrin səfirləri ilə keçirilən dəyirmi masada deyib.
Nazir xatırladıb ki, Tramp ilk çıxışlarından birində əvvəlki prezident Co Bayden administrasiyasının Ukrayna ilə bağlı mövqeyini tənqid edərək, Ukraynanı NATO-ya cəlb etməyi özünün əsas səhvlərindən biri hesab edib.
"İlk dəfə Qərb lideri əsas səhvlərdən birinin Ukraynanı NATO-ya cəlb etmək olduğunu söylədi. Və ilk dəfədir ki, ABŞ NATO məsələsini ciddi şəkildə müzakirə etməyə hazırdır", - deyə Lavrov bildirib.