Demokrat.az xəbər verir ki, bu barədə "Haber Global" telekanalının yayımladığı süjetdə qeyd olunub.
Bildirilib ki, "Azərbaycan Məhəlləsi"nin inşası başa çatır:
“Azərbaycan Məhəlləsi” 258 hektar ərazidə qurulub. Qardaş dövlət Azərbaycanın dəstəyi ilə burada 1 323 mənzilin inşası başa çatıb, açarlar sakinlərə təqdim ediləcək”.
Məlumata əsasən, burada təkcə ev və iş yerləri deyil, həm də xəstəxana və məktəblər yenidən qurulur:
“Hətta xəstəxanalardan biri artıq fəaliyyətə başlayıb. Bir neçə ay içərisində dörd xəstəxana da istifadəyə veriləcək. İl sonuna qədər məktəblər fəaliyyətə başlayacaq. Məktəblərdən birinə Azərbaycanın Ulu Öndəri Heydər Əliyevin adı verilib”.