AZ

Fələstinlə bağlı fələstinlilər olmadan qərar verilə bilməz - Polşa

Bakı, TurkicWorld

Polşanın xarici işlər nazirinin müavini Andrzej Szejna, ABŞ prezidenti Donald Trampın Qəzzadakı fələstinlilərin zorla köçürülməsi planına kəskin etiraz edib.

TurkicWorld AzerVoice - ə istinadən xəbər verir ki, O, "Fələstinlə bağlı fələstinlilər olmadan heç bir qərar verilə bilməz" deyərək, Polşanın bu məsələ ilə bağlı mövqeyini açıq şəkildə ifadə edib.

Szejna Polşanın iki dövlətli həll yolunu dəstəklədiyini və Fələstinlə diplomatik əlaqələr saxladıqlarını vurğulayıb. O, fələstinlilərin taleyinin onların öz iştirakı olmadan müəyyən edilməsinin qəbuledilməz olduğunu bildirib.

Tramp isə İsrailin baş naziri Binyamin Netanyahu ilə Ağ Evdə keçirdiyi mətbuat konfransında Qəzza zolağının nəzarətə götürüləcəyini və oradakı dağıntıların təmizlənəcəyini elan edib. O, Qəzzanın tamamilə viran olduğunu və orada yaşayan fələstinlilərin qonşu ərəb ölkələrinə, xüsusilə Misir və İordaniyaya köçürülməsinin daha yaxşı bir həll yolu olduğunu müdafiə edib.

Seçilən
3
turkic.world

1Mənbələr