AZ

''Yuventus'' Kənan Yıldızın qiymətini müəyyənləşdirdi

''Yuventus'' indiyə qədər heç vaxt satış siyahısına qoymadığı Kənan Yıldızın dəyərini müəyyənləşdirib.

''Football-plus.az'' İtaliyanın ''Corierre dello Sport'' nəşrinə əsasən xəbər verir ki, Turin nəhəngi gənc türkiyəli ulduza maraq göstərən klublardan 100 milyon avro tələb edəcək. Xəbərdə qeyd olunur ki, əslində ''Yuve''nin Kənan ilə vidalaşmaq niyyəti yoxdu. Amma klubun mövcud ödəmələrini həyata keçirmək və transferə büdcə ayırmaq üçün pula ehtiyacı olacaq. Bu üzdən Türkiyə yığmasının üzvünün yayda satılacağı istisna edilmir.

Kənan Yıldız bu qiymətə satılsa, türkiyəli futbolçular arasında yeni rekord müəyyənləşdirərək adını tarixə yazdıracaq. 19 yaşlı vinger bu mövsüm ''qoca sinyora''nın heyətində iştirak etdiyi 33 rəsmi oyunda 6 qol, 5 məhsuldar ötürmə ilə fərqlənib. Bu günlərdə İtaliya mətbuatında Kənan Yıldızın ''Çelsi'', ''Mançester Siti'' və PSJ kimi nəhənglərin hədəfində olması haqda xəbərlər peyda olmuşdu.

Bu klubların yayda Yıldızı transfer etməyə cəhd göstərəcəkləri və ''Yuventus''a təxminən 80-90 milyon avro təklif edəcəkləri iddia edilmişdi. Bu futbolçunun ''Yuve'' ilə 2029-a qədər müqaviləsinin olduğunu bildirək.

ƏLİ

Seçilən
3
football-plus.az

1Mənbələr