Rusiya Ukrayna prezidenti Vladimir Zelenskini Ukraynanın qeyri-legitim prezidenti hesab edir, lakin buna baxmayaraq, onunla danışıqlara hazırdır.
"Operativ Məlumat Mərkəzi-OMM"-in verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Putin tərəfindən dəfələrlə səsləndirilən ölkəmizlə bağlı təhlillər göstərir ki, cənab Zelenskinin legitimliyi ilə bağlı de-yure böyük problemlər var, lakin buna baxmayaraq, Rusiya tərəfi danışıqlara hazırdır”, - deyə Kremlin nümayəndəsi bildirib.