Ötən gecə İrəvanda baş verən atışmanın təfərrüatları bəlli olub.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Bildirilir ki, ötən gecə İrəvanın yaxınlığında Parakar icmasının Merdzavan kəndinin administrasiyasının rəhbəri Mher Axtoyanın evinə baş verən silahlı basqın təkcə qətl deyil, silahlı dəstə tərəfindən törədilən ən yüksək amansızlıq cinayətidir.
Nəşrin məlumatına görə, pulemyot və digər silahlarla silahlanmış 20-30 nəfər Axtoyanın evinə hücum edib. Onlar darvazalara və divarlara atəş açıb, sonra isə say üstünlüyündən istifadə edərək evini tərk edən gənci döyüb, sonra isə öldürüb.
Xuraman Etibarlı
İnterpress.az