Türkiyədə Kənd və Meşə Təsərrüfatı Nazirliyi qida təhlükəsizliyini təmin etmək məqsədilə apardığı yoxlamalar nəticəsində saxta qidalar siyahısını yeniləyib.
”Bakuinfo” türk mediasına istinadən xəbər verir ki, Nazirliyin internet saytında mütəmadi olaraq dərc olunan "Sağlamlığa təhlükə yaradan qidalar" və "Təqlid və saxtalaşdırılmış qidalar" siyahılarına bu dəfə bəzi kolbasalar əlavə edilib.
Belə ki, aparılan yoxlamalar nəticəsində bəzi kolbasalarda toyuq başlarından istifadə edildiyi aşkar edilib.
Nazirlik həmin kolbasaların satışına qadağa qoyub və insanları ehtiyyatlı olmağa çağırıb.