Bakı. Trend:
Ötən il Azərbaycanda 68,7 min xarici ticarət iştirakçısıolub.
Trend bubarədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, əvvəlki illə müqayisədə 3,03 min və ya 4,3%azdır. Belə ki, 2023-cü ildə Azərbaycanda 71,7 min xarici ticarətiştirakçısı olub.
Xarici ticarət iştirakçılarının 57,4 mini fiziki şəxslər, 11,3mini hüquqi şəxslər olub ki, bunlar da, illik müqayisədə müvafiqolaraq 3,7 min (6,1%) az və 682 (6,4%) ədəd çoxdur.
Bununla yanaşı, hüquqi şəxslərin 246-ı dövlət sektorunun,11,04-i özəl sektorun payına düşüb. Bunlar əvvəlki illə müqayisədəmüvafiq olaraq 40 ədəd (14%) az, 722 ədəd (7%) çoxdur.
Qeyd edək ki, xarici ticarət iştirakçılarına istehsalçıkateqoriyalı hüquqi və fiziki şəxslər, dövlət satınalmalarımüəssisələri, xarici investisiyalı müəssisələr, birgə müəssisələr,françayzinq lisenziyalı hüquqi və fiziki şəxslər, distribüterlər,dilerlər, partnyorlar, topdansatış müəssisələri, pərakəndə satışmüəssisələri, qeyri-ticarət xidmət müəssisələri (banklar, maliyyətəşkilatları, fondlar və s.) daxildir.