AZ

"ZETRON TELEKOM" cərimələnir

"ZETRON TELEKOM" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində cərimə protokolu yazılıb.

Valyuta.az-ın məlumatına görə, şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

Protokol baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən tərtib edilmiş protokola əsasən vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Seçilən
18
1
valyuta.az

3Mənbələr