AZ

Bakı Şəhər İcra Hakimiyyəti və QHT arasında əməkdaşlıq görüşü keçirildi - FOTOLAR

Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində paytaxtın sosial, ictimai və mədəni inkişafı istiqamətində görülən işlərin artırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri və İctimai Birliyin Bakı regional bölməsinin əməkdaş və könüllüləri arasında görüş keçirilib.

QHT.az xəbər verir ki, görüşdə BŞİH-nin nümayəndələri və RİİB könüllülərinin birgə iştirakı ilə Bakı şəhəri ərazisində salınan parklarda monitorinqlərin keçirilməsi, yaşıllıq zolaqlarının bərpası istiqamətində tədbirlərin həyata keçirilməsi və küçə tullantılarına nəzarət mexanizmli mobil monitorinq qruplarının yaradılması barədə müzakirələr aparılıb.

Seçilən
23
qht.az

1Mənbələr