AZ

Naməlum silahlı şəxslər Brüssel metrosuna basqın edib

Brüsselin Klemenso metro stansiyasında iki naməlum şəxs avtomatdan atəş açıb. Bu barədə Belçikanın VRT teleradiosu məlumat yayıb.


Təhlükəsizlik kameralarının görüntülərinə görə, atəş açan şəxslər qara geyinib geyinib və Kalaşnikov avtomatı ilə silahlanıblar. Onlar metro tunellərində gizlənməyə nail olublar. İlkin məlumata görə, itki yoxdur.


Polis hadisənin narkotik alveri ilə bağlı ola biləcəyini bildirib.


Belçika prokurorluğu hadisədən sonra iki metro stansiyasının bağlandığını bildirib. Hüquq-mühafizə orqanları atəş açanları axtarır.

Tural

Seçilən
16
news365.az

1Mənbələr