Türkiyə Ukrayna ilə bağlı sülh təşəbbüslərinin iyun ayına kimi dəqiqləşdiriləcəyini gözləyir.
Ölkə.Az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
“Biz bu məsələ ilə bağlı ABŞ prezidenti Donald Trampın bir sıra təşəbbüslərini eşidirik. Amma Rusiya və ABŞ liderlərinin görüşündən əvvəl pərdəarxası iş və buna hazırlıq lazımdır. Bu hazırlıq olmadan liderlərin görüşünün mənası olmayacaq”, - Hakan Fidan bildirib.
Amerika prezidenti münaqişənin həlli ilə bağlı Rusiya prezidenti Vladimir Putinlə görüşmək istədiyini dəfələrlə bəyan edib. Rusiya lideri qeyd edib ki, onun və Trampın bu günün reallıqlarına əsaslanaraq görüşmək və məsələni sakitcə müzakirə etmək daha yaxşı olardı.
Mürtəza
Ölkə.Az