AZ

İranın Trampa ilk reaksiyası: Bu, daha əvvəl sınanmış uğursuz cəhddir

Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Tramp “İrana maksimum təzyiq” siyasətini canlandıracaq sərəncam imzalayıb.

Publika.az xəbər verir ki, məsələ ilə bağlı İranın xarici işlər naziri Abbas Əraqçi sərt reaksiya sərgiləyib.

"Maksimum təzyiq siyasəti əvvəllər sınanmış uğursuz cəhddir və bunun təkrarı növbəti uğursuzluğa səbəb olacaq. Əgər bütün məsələ İranın nüvə silahına malik olmamasıdırsa, buna nail olmaq çətin deyil. İranın mövqeyi çox aydındır. İran nüvə silahlarının yayılmaması müqaviləsinin üzvüdür. Bu, bizim üçün vəziyyətə aydınlıq gətirdi”, - deyə Əraqçi bildirib.

Seçilən
5
publika.az

1Mənbələr