Hüquq və İnsan Haqları İnstitutu hüquq sahəsində geniş resurslara çıxışı təmin edən virtual kitabxananı yaratması ilə istifadəçilərin işini xeyli asanlaşdırıb. Çünki kitabxana hüquqi ədəbiyyatlar, ənənəvi çap nümunələrinə nisbətən daha sürətli, əlverişli və əlçatan olma xüsusiyyətlərinə sahibdir.
QHT.az xəbər verir ki, bu kitabxana hüquq sahəsində tədqiqat aparanlar, tələbələr, hüquqşünaslar və insan haqları müdafiəçiləri üçün əvəzolunmaz mənbədir. Platformada 2024-cü ilin son statistik nəticəsinə əsasən, kitablar, hesabatlar, məqalələr və hüquqi sənəd nümunələri daxil olmaqla, vətəndaşların maariflənməsinə xidmət edən 1739 hüquqi vəsait mövcuddur.
İnstitutdan əldə etdiyimiz məlumata görə, virtual kitabxana https://lhri.az/az/library ünvanında fəaliyyət göstərir və istifadəçilər axtarış funksiyası vasitəsilə öz sahələri üzrə materialları rahatlıqla əldə edə bilərlər. Bu təşəbbüs hüquqi biliklərin daha geniş yayılmasına və maarifləndirmə prosesinin gücləndirilməsinə töhfə verəcək.
Daha ətraflı məlumat üçün: https://lhri.az/az/library