AZ

USAID Gürcüstana 111,5 milyon dollar ayırıbmış

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Rusiya ilə əlaqələri olan “Gürcü Arzusu” partiyasının qələbəsindən sonra oktyabrda etirazların baş verdiyi Gürcüstanda 2024-cü ildə seçkilərə, “qanunun aliliyinə” və vətəndaş cəmiyyətinə dəstək üçün 111,5 milyon dollar ayırıb.

 

Oxu24.com xəbər verir  ki, bu məlumatı ForeignAssistance.gov portalı yayıb.

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti bildirib ki, “Canvas” təşkilatından üç Serbiya vətəndaşı 2024-cü ilin sentyabr ayının sonunda gənclərə və QHT-lərə USAİD tərəfindən maliyyələşdirilən hökuməti devirmək taktikalarını öyrətmək üçün ölkəyə gəlib. Buna cavab olaraq Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili agentliyi ölkə siyasətinə qarışmaqda ittiham edib.

Ayrılan vəsaitin 8,58 milyon dolları “qanunçuluğun möhkəmləndirilməsinə”, 6,33 milyon dolları “seçki və siyasi proseslərin dəstəklənməsinə”, 4,35 milyon dolları isə “vətəndaş cəmiyyətinin cəlb edilməsinə” yönəldilib. Bu proqramlar USAİD-in Gürcüstanda maliyyələşdirdiyi ən böyük sahələrdən birinə çevrilib. Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə “qanunun aliliyi” və “vətəndaş cəmiyyəti” də prioritet olaraq qaldı, lakin seçkiyə dəstək ilk 10 proqramda yox idi.

Fevralın 5-də Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirmişdi ki, USAID 100-dən çox ölkədə ofisləri və illik büdcəsi 50-60 milyard dollar olan əsl cinayətkar şəbəkəyə çevrilib.

Fevralın 3-də ABŞ prezidenti Donald Trampın administrasiyasının qərarı ilə USAID-in Vaşinqtondakı mənzil-qərargahı bağlanıb.

 

Nigar

Seçilən
3
1
oxu24.com

2Mənbələr