Salmonella təhlükəsi - Yoluxma halları artır
Son günlərdə dünyanınbir neçə ölkəsində salmonellaya yoluxma halları artıb.
Qlobal.net ABŞ mətbuatına istinadən xəbər verir ki, salmonella əsasənbağırsaq traktında rast gəlinən bir qida mənşəli bakteriya formasıdır. O, heyvandaninsana keçə biləcəyi kimi, insandan-insana da ötürülə bilər.
Mütəxəssislərxüsusilə düzgün bişirilməmiş toyuq əti, yumurta və süd məhsullarından ehtiyatlıolmağı tövsiyə edirlər. Yoluxma əsasən qida vasitəsilə baş verir və qarınağrısı, ishal, yüksək hərarət kimi simptomlarla müşayiət olunur.
Səhiyyəqurumları vətəndaşları gigiyena qaydalarına ciddi əməl etməyə çağırır.
Səbinə
Qlobal.net