ABŞ-nin bir neçə ştatında bu gün Donald Trampın prezident postunda verdiyi ilk qərarlara qarşı etiraz aksiyaları keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Sosial şəbəkələrdə özünü #buildtheresistance və #50501 (bir gündə 50 etiraz, 50 ştat) heşteqləri ilə işarə edən və populyarlıq qazanan hərəkatın tərəfdarları bu gün ABŞ ştatlarının paytaxtlarında və ölkənin digər şəhərlərində etiraz aksiyaları keçirməyi planlaşdırırlar.
Ötən bazar günü Cənubi Kaliforniya ştatında Trampın miqrasiya siyasətinə qarşı etiraz aksiyaları keçirilib. Agentliyin qiymətləndirmələrinə görə, nümayişdə yüzlərlə insan iştirak edib. Onlar yeni administrasiyanı kütləvi deportasiya planlarını dayandırmağa çağırıblar.